Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında virus infeksiyalarına və yoluxucu xəstəliklərə qarşı dezinfeksiya və tibbi profilaktik tədbirlər həyata keçirilir.

Mart ayının əvvəlindən bu günədək Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən 570 km avtomobil yolu və səkilər olmaqla ümumilikdə 5,14 km2 sahə, 426 ictimai yaşayış binasının girişləri və ətrafı, 254 ictimai yaşayış binasının zirzəmisi, 106 həyat təminatlı obyektin ərazisi və istehsal sahələri, 168 İnzibati Ərazi Dairəliyinin binası, 8 ticarət mərkəzi,  14 ictimai iaşə obyekti, 5 avtovağzal, 44 həkim ambulatoriyası, 4 xəstəxana, 4 mədəniyyət müəssisəsi, 8 yanacaqdoldurma məntəqəsi, 4 dəmiryol stansiyası, 12 energetika obyekti, 18 taxıl emalı müəssisəsi, eləcə də Naxçıvan Qarnizonu ərazisində yerləşən hərbi hissələrin ərazisi, hərbi şəhərciklər, sərhəd məntəqələri və komendantlıqlar xüsusi qurğularla təchiz edilmiş yanğınsöndürmə avtomobilləri və dezinfeksiya qrupları ilə dezinfeksiya edilmişdir.

Koronavirusa qarşı tədbirlər davam etdirilir.

 

 

Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti