Ordubad rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə Aşağı Əndəmic  kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində yanğın təhlükəsizliyi məsələləri ilə bağlı “Müəssisələrdə yanğın təhlükəsizliyi qaydalarına diqqət artırılmalıdırmövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi Aşağı Əndəmic kənd tam orta  məktəbinin, İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin, Həkim Ambulatoriyasının, Kitabxana və Mədəniyyət evinin işçi heyətinə qaz təsərrüfatı, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Aşağı Əndəmic kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Hikmət Nəsirov bu cür maarifləndirici tədbirlərin təhsil  müəssisələrində və rayon ərazisində keçirilməsinin əhəmiyyətindən danışmış və vacibliyini bir daha iştirakçıların nəzərinə çatdırmışdır.
Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin baş inspektoru, daxili xidmət baş leytenantı Həsən Cəfərov müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları, yanğına səbəb olan amillər, qaz təsərrüfatı, dəm qazı, yaranması və ondan qorunma yolları haqqında dinləyicilərə məlumat vermişdir.
Sonra şöbənin inspektoru daxili xidmət baş leytenantı Ağahüseyn Məmmədov ilkin yanğınsöndürmə vasitələri, təyinatı və istifadə qaydaları haqqında iştirakçılara məlumat vermişdir
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır. 

                      Fövqəladə  Hallar Nazirliyinin
mətbuat xidməti