Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Ordubad rayon Mədəniyyət Evində mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları,  yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması haqqında iştirakçılara məlumat vermək olmuşdur.{gallery}04.03.2020-1{/gallery}
Tədbiri giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin bölmə rəisi kapitan Rəcəb Səfərov fövqəladə hallardan mühafizə üsulları, davranış və fəaliyyət qaydaları, həmçinin radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmələr zamanı işçilərin mühaizəsinin təşkili haqqında məlumat vermişdir.

Ordubad rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşı daxili xidmət baş leytenantı Həsən Cəfərov mədəniyyət müəsissələrində və yaşayış yerlərində yanğın təhlükəsizliyi qaydaları, qaz və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları haqqında iştirakçılara ətraflı məlumat vermişdir.
Sonda tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələri, onlardan istifadə qaydaları əyani olaraq göstərilmiş, iştirakçıların verdiyi suallar cavablandırılmışdır. 

Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti