Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə rayon Mədəniyyət Şöbəsində «Mədəniyyət  müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması» mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi mədəniyyət  müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yanğın hadisəsi zamanı davranış qaydaları, insanların və əmlakın təxliyə olunması, təhlükəsizliyinin təmin edilməsi istiqamətində əsas tədbirlərin yerinə yetirilməsi, yaşayış evlərində baş verən yanğın hadisələrinin səbəbləri, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onların qarşısının alınması haqqında tədbir iştirakçılarına məlumat vermək olmuşdur.


Tədbiri giriş sözü ilə açan Babək rayon Mədəniyyət Şöbəsinin müdiri Fətəli Axundzadə bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışmış, belə tədbirlərin mütəmadi keçirilməsinin önəmini vurğulamışdır.
Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi daxili xidmət mayoru Azər Zeynalov mədəniyyət müəsissələrində və yaşayış yerlərində yanğın təhlükəsizliyi qaydaları, qaz və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları haqqında, eyni zamanda dəm qazının yaranma səbəbləri və ondan mühafizə üsulları haqqında iştirakçılara ətraflı məlumat vermişdir.
Sonda tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələri, onlardan istifadə qaydaları əyani olaraq göstərilmiş, iştirakçıların verdiyi suallar cavablandırılmışdır.

 Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti