Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Babək rayon Mərkəzi Xəstəxanasındamülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi Babək rayon Mərkəzi Xəstəxanasındamülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımov bu cür maarifləndirici tədbirləin vacibliyini vurğulamış və davamlı keçirilməsinin əhəmiyyətindən danışmışdır. Məruzəçi həmçinin, fövqəladə hallar zamanı xəstəxanaların fəaliyyətinin təşkili haqqında da iştirakçılara məlumat vermişdir.
 Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Əbülfəz Qafarov muxtar respublika ərazisində ehtimal olunan təbii və texnogen qəzalar və bu zamanı davranış və fəaliyyət qaydaları və yanğın təhlükəsizliyi qaydaları haqqında tədbir iştirakçılarına məlumat vermişdir.
Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış. Mövzulara aid salyd və videolar tədim edilmişdir.

 

                      Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti