Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Babək rayon Elektrik Şəbəkəsində mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi Babək rayon Elektrik Şəbəkəsində mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Babək rayon Elektrik Şəbəkəsinin direktoru Mübariz Tağıyev bu cür maarifləndirici tədbirləin vacibliyini vurğulamış və davamlı keçirilməsinin əhəmiyyətindən danışmışdır.
Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Əbülfəz Qafarov muxtar respublika ərazisində ehtimal olunan təbii və texnogen qəzalar və bu zamanı davranış və fəaliyyət qaydaları haqqında tədbir iştirakçılarına məlumat vermişdir.
Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmışdır

 

                      Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti