Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə rayon Rabitə İdarəsində «Müəssisələrdə yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yaşayış evlərində təbii qaz və elektrik enerjisindən istifadə zamanı təhlükəsizlik qaydaları və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması» mövzusunda maarifləndirici tədbir keçirmişdir.

Tədbirin əsas məqsədi müəssisələrdə yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yanğın hadisəsi zamanı davranış qaydaları, insanların və əmlakın təxliyə olunması, təhlükəsizliyinin təmin edilməsi istiqamətində əsas tədbirlərin yerinə yetirilməsi, yaşayış evlərində baş verən yanğın hadisələrinin səbəbləri, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onların qarşısının alınması, təbii fəlakətlər və onlardan mühafizə üsulları haqqında tədbir iştirakçılarına məlumat vermək olmuşdur. 


Tədbiri giriş sözü ilə açan Babək rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşı Asif Hacıyev bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışmışdır. Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət  Yanğın Nəzarəti Bölməsinin rəisi daxili xidmət mayoru Azər Zeynalov müəsissələrdə yanğın təhlükəsizliyinin təşkili, yanğın təhlükəsizliyi sahəsində müəssisələrin hüquq və vəzifələri, qaz və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları haqqında  iştirakçılara ətraflı məlumat vermişdir. Məruzəçi dəm qazı, yaranması və dəm qazından zəhərlənmə zamanı  davranış qaydaları haqqında da ətraflı məlumat vermişdir.
 Sonda tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələri, onlardan istifadə qaydaları əyani olaraq göstərilmiş, iştirakçıların verdiyi suallar cavablandırılmışdır. 

Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti