Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə Könül” yanacaq doldurma məntəqəsində “Yanacaq doldurma məntəqələrində yanğınların söndürülməsi və zərərçəkmişlərin axtarışı və xilasedilməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd yanacaqdoldurma məntəqələrində və çənlərdə baş verə biləcək yanğınların söndürülməsi zamanı yarana biləcək döyüş sahələrinin əyani şəkildə şəxsi heyətə göstərilməsi, qarşılıqlı əlaqənin təşkili, yanğınsöndürənlərin peşə vərdişlərinin artırılması və zərəçəkmişlərin xilas edilməsinin şəxsi heyətə öytətməkdən ibarət olmuşdur.
Təlim planına uyğun olaraq Könül” yanacaq doldurma məntəqəsində və çənlərdə şərti baş vermiş yanğının söndürülməsi üzrə yanğınsöndürmə qüvvələrinin fəaliyyətinin təşkili sualına baxılıb, təlim yerində yanğından mühafizə bölmələrinin praktik fəaliyyətinə qiymət verilib.
Təlimə Şərur Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin ümumilikdə 18 nəfər şəxsi heyəti, 3 ədəd yanğınsöndürmə avtomobili, idarəetmə və rabitə vasitələri cəlb edilib. Təlim uğurla başa çatdırılıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.

 Fovqəladə Hallar Nazirliyinin
mətbuat xidməti