Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və  Sədərək rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sədərək rayon İcra Hakimiyyətində kənd İnzibati Ərazi Dairəlikləri üzrə Nümayəndələr, Bələdiyyələr, Qaz İstismar Xidməti və Elektrik Şəbəkəsinin müvafiq vəzifəli şəxslərinin iştirakı ilə“Kənd yaşayış məntəqələrində qış mövsümü dövründə qaz cihazlarından istifadə zamanı texniki və yanğın təhlükəsizlik qaydalarına əməl olunması və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması istiqamətində görülən profilaktiki tədbirlər” mövzusunda maarifləndirici tədbir  keçirilmişdir.

Tədbiri giriş sözü ilə Sədərək rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Natiq Əliyev açaraq bildirmişdir ki, Sədərək rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamına əsasən aidiyyəti dövlət qurumlarının iştirakı ilə rayonun kənd yaşayış məntəqələrində qaz və elektrik cihazlarından istifadə ilə bağlı reydlər keçirilmişdir.        Reydlər zamanı vətəndaşlarla qaz və elektrik qızdırıcı cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına dair maarifləndirici söhbətlər aparılmış və aşkar olunmuş nöqsanların müvafiq dövlət qurumları ilə birgə aradan qaldırılması təmin olunmuşdur.


Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin yanğından mühafizə xidməti işinin təşkili üzrə baş zabiti daxili xidmət mayoru Hasil Məmmədov çıxış edərək iştirakçılara qış mövsümü dövründə Fövqəladə Hallar Nazirliyi tərəfindən idarə, müəssisə və təşkilatların həmçinin, ictimai yaşayış binalarının qızdırılması üçün quraşdırılmış qazanxanalarda texniki və yanğın təhlükəsizliyinə riayət olunması, ocaqçıların peşə kurslarına cəlb olunması ilə bağlı görülmüş işlər, qaz cihazlarından düzgün istifadə edilməsi və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması haqqında ətraflı məlumat vermişdir.
Sədərək rayon Polis Şöbəsinin polis sahə inspektoru polis kapitanı Azər Həsənovçıxış edərək qış mövsümü dövründə rayon Polis Şöbəsinin və rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşları ilə birgə rayon ərazisində yaşayış məntəqələrində qaz və elektrik təsərrüfatından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması məqsədi ilə görülmüş tədbirlər, təbii qaz və elektrik enerjisindən qeyri qanuni istifadə hallarına yol verilməməsi məqsədilə ətraflı məlumatlar vermişdir.
Sonra Sədərək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəis müavini daxili xidmət mayoru Yusif Məmmədov çıxış edərək iştirakçılara rayonun kənd yaşayış məntəqələrində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı görülmüş  tədbirlər və qarşıda duran vəzifələr haqqında məlumatlar vermişdir.
Sədərək rayon Qaz İstismar xidmətinin müdiri Sahib Məmmədov rayonun kənd yaşayış məntəqələrində qaz təsərrüfatından istifadə ilə bağlı, Elektrik Şəbəkəsinin müdiri Oruc Abdullayev isə elektrik təsərrüfatı ilə bağlı görülmüş qabaqlayıcı tədbirlərlə bağlı məlumat veriblər.
Tədbirdə iştirakçılar tərəfindən verilən suallar cavablandırılmışdır.
Tədbirə Sədərək rayon İcra Hakimiyyətinin Başçısı Aparatının Huquq şöbəsinin müdiri Natiq Əliyev yekun vuraraq rayonun yaşayış məntəqələrində qış mövsümü dövründə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, sakinlərin bu istiqamətdə maarifləndirilməsi üçün vəzifəli şəxslərə tapşırıq və tövsiyələrini vermişdir.

           

                                                                          Fövqəladə Hallar Nazirliyinin 
mətbuat xidməti