Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Babək rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıvar kənd İnzibati Ərazi Dairəsi üzrə  Nümayəndəliyində “Kənd yaşayış məntəqələrində qış mövsümü dövründə qaz cihazlarından istifadə zamanı texniki və yanğın təhlükəsizlik qaydalarına əməl olunması, yaşayış sahələrində dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması ilə bağlı görüləcək qabaqlayıcı tədbirlər” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Babəkrayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri Asif Hacıyev keçirilən tədbirin kənd sakinləri üçün vacib olduğunu qeyd edərək, günün ən aktual məsələlərindən biri olan mülkiyyətlərin yanğınlardan qorunması sahəsində görüləcək tədbirlərin zəruriliyini vurğulamışdır.


Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin yanğından mühafizə xidməti işinin təşkili üzrə baş zabiti daxili xidmət mayoru Hasil Məmmədov çıxış edərək iştirakçılara qış mövsümünə hazırlıqla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən idarə, müəssisə və təşkilatların həmçinin ictimai yaşayış binalarının qızdırılması üçün quraşdırılmış qazanxanalarda texniki və yanğın təhlükəsizliyinə riayət olunması, ocaqçıların peşə kurslarına cəlb olunması ilə bağlı görülmüş işlər həmçinin qaz cihazlarından düzgün istifadə edilməsi və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması haqqında tədbir iştirakçılarına vacib tövsiyələr vermişdir.
Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin yanğın nəzarəti və xüsusi yanğın mühafizəsi üzrə baş zabiti daxili xidmət kapitanı Turan Şahhüseynov çıxış edərək yaşayış evlərində və mənzillərində elektrik cihazlarının istismarı zamanı yanğın hadisələrinin baş vermə səbəbləri və onun qarşısının alınması üçün görüləcək tədbirlər, ilkin yanğınsöndürmə vasitələrinin təyinatı və istifadə qaydaları haqqında məlumat vermişdir.
Tədbirdə iştirakçılar tərəfindən verilən suallar cavablandırılmışdır.

                           Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

676254
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
441
255
1005
11800
676254

Tarix: 24 -04-2024