Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə Şərur şəhər Uşaq Bağçasında “Məktəbəqədər tərbiyyə müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yaşayış evlərində təbii qaz və elektrik enerjisindən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirmişdir.

Tədbirin əsas məqsədi məktəbəqədər tərbiyyə müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yanğın hadisəsi zamanı davranış qaydaları, insanların və əmlakın təxliyə olunması, təhlükəsizliyinin təmin edilməsi istiqamətində əsas tədbirlərin yerinə yetirilməsi, yaşayış evlərində baş verən yanğın hadisələrinin səbəbləri, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onların qarşısının alınması haqqında tədbir iştirakçılarına məlumat vermək olmuşdur.


Tədbiri giriş sözü ilə açan bağçanın müdiri Günel Əliyeva bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışmış və bütün məktəbəqədər tərbiyyə  müəssisələrində keçirilməsinin vacibliyini qeyd etmişdir.
Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi daxili xidmət mayoru Şıxəli Əliyev məktəbəqədər tərbiyə müəssisələrində yanğın təhlükəsizliyi qaydaları, qaz təsərrüfatı, dəm qazı, ondan qorunma yolları və dəm qazını aşkar edən cihaz haqqında dinləyicilərə məlumat vermişdir. Həmçinin məruzəçi ilkin yanğınsöndürmə vasitələi və onlardan istifadə qaydaları, təbii və texnogen qəzalar zamanı təxliyə planı ilə bağlı bağçanın kollektivinə əsas və ehtiyat təxliyə yolları, təxliyə zamanı davranış və fəaliyyət qaydaları haqqındada məlumat vermişdir.
Sonra məruzə ətrafında çıxış olmuşdur. Şərur rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə inspektoru polis leytenantı Çərkəz Əəkbərov keçirilən reydlər və onların əhəmiyyəti, əhali arasında maarifləndirici söhbətlərin aparılması haqqında kollektivə məlumat vermişdir.
Maarifləndirici tədbir zamanı əyаni vаsitələrdən istifаdə еdilib, iştirakçıları maraqlandıran suаllаr cаvаblаndırılıb.

        

Fövqəladə Hallar Nazirliyinin
 mətbuat xidməti