Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Babək rayon Nehrəm kənd Sahə Xəstəxanasında «Səhiyyə müəssisələrində yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanılır, yaşayış evlərində qaz və elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmalıdır» mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə riayət olunmsı, yanğın hadisəsi zamanı davranış qaydaları, xidməti heyətə insanların və əmlakın təxliyə olunması, təhlükəsizliyinin təmin edilməsi istiqamətində əsas tədbirlərin yerinə yetirilməsi qaydalarını öyrətmək, səhiyyə müəssisəslərinə məxsus inzibati binaların, qazanxanaları və qızdırıcı cihazlar olan yerlərdə yanğın təhlükəsizliyi tələblərinə əməl  olunması, qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın  təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunması, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onların qarşısının alınması haqqında tədbir iştirakçılarına məlumat vermək olmuşdur.


Tədbiri giriş sözü ilə açan Babək rаyоn Dövlət Yаnğın Təhlükəsizliyi Şöbəsinin rəis müavini daxili xidmət mayoru Şahin İbrahimov səhiyyə müəsissələrindəyanğın təhlükəsizliyinin təşkilinin diqqət mərkəzində saxlanmasından, yanğın təhlükəsizliyi sahəsində işçilərin hüquq və vəzifələrindən ətraflı məlumat vermişdir.
Şöbəsinin Dövlət Yаnğın Nəzаrəti Bölməsinin rəisi dахili хidmət mayoru Azər Zeynalov  yaşayış evlərində və mənzillərində elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları və yanğınların baş vermə səbəbləri və onun qarşısının alınması, qaz cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması mövzuları haqqında iştirakçılara dəyərli məlumatlar vermişdir.
Sonda tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələri, onlardan istifadə qaydaları əyani olaraq göstərilmiş və iştirakçıların verdiyi suallar cavablandırılmışdır.

  

Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

 

 

662510
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
4
335
2478
16504
662510

Tarix: 29 -03-2024