Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə Babək qəsəbə Uşaq Bağçasında “Məktəbəqədər tərbiyyə müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yaşayış evlərində təbii qaz və elektrik enerjisindən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirmişdir.
Tədbirin əsas məqsədi məktəbəqədər tərbiyyə müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yanğın hadisəsi zamanı davranış qaydaları, insanların və əmlakın təxliyə olunması, təhlükəsizliyinin təmin edilməsi istiqamətində əsas tədbirlərin yerinə yetirilməsi, yaşayış evlərində baş verən yanğın hadisələrinin səbəbləri, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onların qarşısının alınması haqqında tədbir iştirakçılarına məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Babək rayon İcra Hakimiyyətiin əməkdaşı Hacı Hacıyev bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışmış və bütün məktəbəqədər tərbiyyə müəssisələrində keçirilməsinin vacibliyini qeyd etmişdir.
Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi daxili xidmət mayoru Azər Zeynalov məktəbəqədər tərbiyə müəsissələrində və yaşayış yerlərində yanğın təhlükəsizliyi qaydaları, qaz və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları haqqında iştirakçılara ətraflı məlumat vermişdir. Həmçinin, məruzəçi dəm qazı, dəm qazının yaranma səbəbləri və dəm qazından zəhərlənmə zamanı davranış qaydaları haqqında ətraflı məlumat vermişdir.
Sonda tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələri, onlardan istifadə qaydaları əyani olaraq göstərilmiş, iştirakçıların verdiyi suallar cavablandırılmışdır.
Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti