Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin, Dövlət Yanğın Nəzarəti Bölməsinin təşkilatçılığı və kənd sakinlərinin iştirakı ilə Naxçıvan şəhər Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində "Yaşayış evlərində qış mövsümü dövründə təbii qaz və elektrik enerjisindən istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması üçün görülən tədbirlər" mövzusunda maarifləndirici tədbir  keçirilmişdir. 

Tədbiri giriş sözü ilə Naxçıvan şəhər Tumbul kəndİnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi  Əcəmi Tağıyev açaraq keçirilən tədbirin sakinlər üçün vacib olduğunu qeyd edərək, günün ən aktual məsələlərindən biri olan mülkiyyətlərin yanğınlardan qorunması sahəsində görüləcək tədbirlərin zəruriliyini vurğulamışdır.
Tədbirdə Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi daxili xidmət kapitanı Elməddin Əsədov çıxış edərək iştirakçılara yaşayış məntəqələrində məişət qaz cihazlarından, sobalarından və suqızdırıcılarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması, dəm qazından baş vermiş zəhərlənmə hallarının səbəbləri haqqında ətraflı məlumat verərək onun qarşısının alınması üçün iştirakçılara tövsiyələr vermişdir.


Sonra bölmənin baş inspektoru daxili xidmət kapitanı Şəhriyar İsayev çıxış edərək yaşayış evlərində və mənzillərində elektrik cihazlarının istismarı zamanı yanğın hadisələrinin baş vermə səbəbləri və onun qarşısının alınması üçün görüləcək tədbirlər haqqında məlumat vermişdir. Sonda isə ilkin yanğınsöndürmə vasitələrinin  istismarı haqqında ətraflı məlumatlar vermiş, istifadəsi əyani olaraq göstərilmişdir.
Tədbirdə iştirakçılar tərəfindən verilən suallar  cavablandırılmışdır.
Tədbirə Naxçıvan şəhər Tumbul kəndİnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi  Əcəmi  Tağıyev yekun vuraraq yaşayış məntəqələrində baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması ilə bağlı keçirilən maarifləndirici tədbirlərin bundan sonra da davamlı olaraq keçirilməsinin vacibliyindən danışmışdır.  

                                                                         Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

662420
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
249
382
2388
16414
662420

Tarix: 28 -03-2024