Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Babək qəsəbə 1 nömrəli tam orta məktəbdə yanğın təhlükəsizliyi məsələləri ilə bağlı “Ümumtəhsil məktəblərində  mülki müdafiə işinin təşkilinə diqqət artırılmalıdırmövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi Babək qəsəbə 1 nömrəli tam orta məktəbinin müəllim-texniki işçi heyətinə mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması  və nəticələrinin aradan qaldırılması, qaz və elektrik təsərrüfatı, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat vermək olmuşdur.

Tədbiri giriş sözü ilə açan Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin, əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin, mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi, dövlət qulluqçusu Azadə Cəfərova təhsil müəssisələrində mülki müdafiə işinin təşkilinə diqqətin artırılmasından, muxtar respublika ərazisində ehtimal olunan təbii və texnogen qəzalar, bu zaman davranış və fəaliyyət qaydaları və dəm qazının yaranmasına səbəb olan amillər, bu amillərin aradan qaldırılması və zəhərlənmə zamaı ilk yardım qaydaları haqqında iştirakçılara məlumat verib.

Sonda tədbir iştirakçılarının verdiyi suallar cavablandırılmış, mövzulara aid slayd və videolar təqdim edilmişdir.

 

 

Fövqəlаdə Hаllаr Nаzirliyinin

mətbuаt хidməti