Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən Gəmiqaya Kərpic Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətində maarifləndirici tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi istehsal olunan tikinti materiallarının qüvvədə olan satandartalar uyğun istehsal olunması, onların istifadədən öncə standartalara uyğun olaraq sınaqdan keçrilməsi olmuşdur.

 

 

 

 

Tədbiri giriş sözü ilə açan Gəmiqaya Kərpic Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətin icraçı direktoru Səfiyar Abışov keçrilən maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edərək mütəmadi keçrilməsinin vacibliyini vurğulamışdır.

  

Sonra Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin mühəndis-geoloji, beton və sement laboratoriyasının müdiri Aqil Quliyev, Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin və istehsal müəssisələri arasında əlaqələrin genişləndirliməsi, qarşılıqlı fəaliyyətin təmin olunması üçün vaxtaşırı laboratoriyanın heyəti istehsal müəssələrinin əməkdaşları ilə görüşlər keçirir. Müəssisələrdə  istehsal olunan tikinti materiallarının standartların tələbinə uyğunluğunun təmin edilməsi, standartlara uyğun olaraq istehsal olunan məhsuldan vaxtında nümunələrin götürülərək laboratoriyada sınaqlar aparılması eləcədə məhsulun keyfiyyətinə daim nəzarətin diqqətdə saxlanılması ilə bağlı müvafiq tövsiyyələr verilmişdir. Sonda verilən suallar cavablandırlmışdır.

 

Fövqəladə Hallar Nazirliyin

 mətbuat xidməti