Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin təşkilatçılğı ilə Yoluxucu Xəstəliklər Mərkəzində mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

 

 

 

 

Tədbirin əsas məqsədi Yoluxucu Xəstəliklər Mərkəzində mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları, həmçinin qaz təsərrüfatından istifadə qaydaları, dəm qazından zəhərlənmə və bu zaman davranış qaydaları haqqında iştirakçılara məlumat vermək olmuşdur.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi dövlət qulluqçusu Azadə Cəfərova məişət zəhərlənmələri haqqında məlumat Civə zəhərlənmələrinin də məişət zəhərlənmələri olduğunu qeyd edən məruzəçi civə dağılmaları zamanı davranış qaydaları, civənin yığılma və saxlanması qaydaları haqqında da məlumat verib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin yanğın nəzarəti və  xüsusi yanğın mühafizəsi üzrə baş zabiti, daxili xidmət kapitanı Turan Şahhüseynov yaşayış evlərində və mənzillərində qaz və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının vacibliyini vurğulamış, dəm qazı, yaranması və dəm qazından zəhərlənmə zamanı ilk yardım qaydaları  haqqında iştirakçılara məlumat vermişdir.

Sonda tədbir iştirakçılarının verdiyi suallar cavablandırılmışdır.

 

                      Fövqəladə Hallar Nazirliyinin

mətbuat xidməti