Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin  təşkili şöbəsinin əməkdaşlarının vəƏziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının tibb personalının və texniki işçi heyətinin iştirakı ilə mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı “Fövqəladə halların tibbi sanitar nəticələrinin aradan qaldırılmasına tibb müəssisələri hazır olmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

 

 

 

Tədbirin əsas məqsədi Mərkəzi Uşaq Xəstəxanasının tibb personalına və texniki işçi heyətinə mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması  və nəticələrinin aradan qaldırılması, qaz və elektrik təsərrüfatı, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat vermək olmuşdur.

Tədbiri giriş sözü ilə açan Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkiminin müavini İlkay Əliyeva açaraq keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edərək mütəmadi keçirilməsinin vacibliyini vurğulamışdır.

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin, əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin, mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi, dövlət qulluqçusu Azadə Cəfərova fövqəladə vaziyyətlərdə davranış qaydalarının mənimsənilməsinin vacibliyini vurğulayaraq bu cür maarifləndirici tədbirin əhəmiyyətindən danışıb. Həmçinin, məişətdə uşaq dəcəlliyindən baş verən civə dağılmaları və bu zaman dağılan civə hissəciklərinin yığılması üçün tibbi şpris, yoğun iynə və ya məftil, nazik ucluqlu armudvari rezin pipetkanın lazım olduğunu qeyd etmiş və yığılan bu civə hissəciklərinin xüsusi şəraitdə ağzı kip bağlanan şüşə bankada saxlanılmasının vacibliyi vurğulanmışdır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi, dövlət qulluqçusu Əbülfəz Qafarov məişətdə qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, istifadə olunmayan məişət-elektrik avadanlıqlarının davamlı olaraq cərəyana qoşulu qalmasının təhlükəli tərəflərindən və dəm qazının yaranmasına səbəb olan amillər, bu amillərin aradan qaldırılması qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid video-çarxlar, videolar təqdim edilmişdir.

 

Fövqəlаdə Hаllаr Nаzirliyinin

mətbuаt хidməti