Naxçıvan Dövlət Universitetində mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilmiş,  tədbirdə universitetin müəllimləri və  1-ci kurs tələbələri iştirak etmişdir.

          

 

 

 

Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin təlim və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov açaraq bildirmişdir ki, tədbirin əsas məqsədi Naxçıvan Dövlət Universitetində mülki müdafiə hazırlığının təşkilinə və tədbirlərin keçirilməsinə diqqəti artırmaq, universitetin vəzifəli şəxsləri tərəfindən mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması sahəsində müəyyən olunmuş qaydaların yerinə yetirilməsinə nail olmaq, xüsusilə 1-ci kurs tələbələrinə və müəlllimlərə fövqəladə hallar zamanı ilk yardım və qarşılıqlı yardım məsələləri, valideyn nəzarətindən kənarda təhsil alan gənc tələbələrin payız-qış mövsümünü təhlükəsiz keçirməsi üçün məişətdə istifadə olunan qaz təsərrüfatı və elektrik cihazlarından düzgün istifadə və istismar qaydaları, həmçinin dəm qazının yaranma səbəbləri və ondan mühafizə üsulları barədə məlumat verilməsidir.

          Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi kapitan Rəcəb Səfərov “Ali təhsil müəssisələrində mülki müdafiə işinin təşkili və planlaşdırılmasına qoyulan müasir tələblər” mövzusunda ədbir iştirakçılarını məlumatlandırmışdır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi dövlət qulluqçusu Azadə Cəfarova “Naxçıvan Muxtar Respublikasında ehtimal olunan fövqəladə halar və bu hallara hazırlığın psixoloji aspektləri” mövzusunda tələbələri məlumatlandırmışdır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi dövlət qulluqçusu Əbülfəz Qafarov "Ali təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Dəm qazı və ondan qorunma yolları" mövzusunda çıxış etmişdir.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılmış və tədbirə aid slaydlar və videomateriallar təqdim edilmişdir.

 

 

         Fövqəlаdə Hаllаr Nаzirliyinin

mətbuаt хidməti