Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 4, ev 75 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin şəxsi heyəti cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 156m² olan beşotaqlı mənzilin bir otağı 45m² sahədə yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub.