Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə Babək qəsəbə Uşaq Bağçasında “Məktəbəqədər tərbiyyə  müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yaşayış evlərində təbii qaz və elektrik enerjisindən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirmişdir.

Tədbirin əsas məqsədi məktəbəqədər tərbiyyə müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yanğın hadisəsi zamanı davranış qaydaları, insanların və əmlakın təxliyə olunması, təhlükəsizliyinin təmin edilməsi istiqamətində əsas tədbirlərin yerinə yetirilməsi, yaşayış evlərində baş verən yanğın hadisələrinin səbəbləri, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onların qarşısının alınması haqqında tədbir iştirakçılarına məlumat vermək olmuşdur.

Tədbiri giriş sözü ilə açan Babək rayon İcra Hakimiyyətiin əməkdaşı Hacı Hacıyev bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışmış və bütün məktəbəqədər tərbiyyə  müəssisələrində keçirilməsinin vacibliyini qeyd etmişdir.
Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət  Yanğın Nəzarəti Bölməsinin rəisi daxili xidmət mayoru Azər Zeynalov məktəbəqədər tərbiyə müəsissələrində və yaşayış yerlərində yanğın təhlükəsizliyi qaydaları, qaz və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları haqqında  iştirakçılara ətraflı məlumat vermişdir. Həmçinin, məruzəçi dəm qazı, dəm qazının yaranma səbəbləri və dəm qazından zəhərlənmə zamanı davranış qaydaları  haqqında ətraflı məlumat vermişdir.
Sonda tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələri, onlardan istifadə qaydaları əyani olaraq göstərilmiş, iştirakçıların verdiyi suallar cavablandırılmışdır.

  Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

 

674534
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
207
247
1338
10080
674534

Tarix: 19 -04-2024