Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə fəaliyyət planına uyğun olaraq mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində  mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara məlumat vermək olmuşdur.


Tədbiri giriş sözü ilə açan “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fövqəladə hallar və mülki müdafiə işləri üzrə texniki müfəttişi Arif Rüstəmov fövqəladə vaziyyətlərdə davranış qaydalarının mənimsənilməsinin vacibliyini vurğulamış və bu cür maarifləndirici tədbirin əhəmiyyətindən danışmışdır.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımov fövqəladə hallardan mühafizə üsulları, davranış və fəaliyyət qaydaları, həmçinin radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmələr zamanı işçilərin mühaizəsinin təşkili haqqında məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin baş məsləhətçisi, dövlət qulluqçusu Əbülfəz Qafarov təbii və texnogen qəzalar zamanı davranış və fəaliyyət qaydaları haqqında məlumat vermişdir.
Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin bölmə rəisi, daxili xidmət mayoru Etibar Məmmədov məişətdə qaz təsərrüfatı və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, dəm qazı və ondan qorunma yolları haqqında iştirakçılara məlumat vermiş, ilkin yanğınsöndürmə vasitəlrinin təyinatı haqqında məlumat verərək istifadə qaydalarını əyani olaraq göstərmişdir. 
Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid slaydlar və videolar təqdim edilmişdir.

 

                      Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

    

 

 

662742
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
236
335
2710
16736
662742

Tarix: 29 -03-2024