Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçılvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Dəstə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində yanğın təhlükəsizliyi məsələləri ilə bağlı “Müəssisələrdə yanğın təhlükəsizliyi qaydalarına diqqət artırılmalıdırmövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi Dəstə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin işçi heyətinə qaz təsərrüfatı, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat vermək olmuşdur.

Tədbiri giriş sözü ilə Dəstə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə Zülfü Şirinov açaraq keçirilən tədbirin kənd sakinləri üçün vacib olduğunu qeyd edərək, günün ən aktual məsələlərindən biri olan mülkiyyətlərin yanğınlardan qorunması sahəsində görüləcək tədbirlərin zəruriliyini vurğulayıb. 
Sonra Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin, yanğın nəzarəti və xüsusi yanğın mühafizəsi üzrə baş zabiti daxili xidmət kapitanı Şahhüseynov Turan çıxış edərək yaşayış evlərində və mənzillərində qaz və elektrik cihazlarının istismarı zamanı yanğın hadisələrinin baş vermə səbəbləri və onun qarşısının alınması üçün görüləcək tədbirlər haqqında məlumat vermişdir. Həmçinin qış aylarında rastlaşdığımız dəm qazı, onun yaranması, dəm qazından zəhərlənmə zamanı davranış qaydaları haqqında məlumat verib.
Ordubad rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin baş inspektoru, daxili xidmət baş leytenantı Həsən Cəfərov inzibati binalarda mövcudluğu zəruri olan ilkin yanğınsöndürmə vasitələri, təyinatı və istifadə qaydaları haqqında iştirakçılara məlumat vermişdir
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

                       Fövqəladə  Hallar Nazirliyinin
mətbuat xidməti

 

677344
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
1002
529
2095
12890
677344

Tarix: 25 -04-2024