Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Culfa rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə Culfa rayon Ləkətağ kənd tam orta məktəbində yanğın təhlükəsizliyi məsələləri ilə bağlı “Ümumtəhsil məktəblərində yanğın təhlükəsizliyi qaydalarına diqqət artırılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi Culfa rayon Ləkətağ kənd tam orta məktəbində qaz təsərrüfatı, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında müəllim-texniki işçi heyətinə məlumat vermək olmuşdur.


Tədbiri giriş sözü ilə açan Culfa rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi daxili xidmət kapitanı Muradlı Mətin ümumtəhsil məktəblərində yanğın təhlükəsizliyi qaydaları, qaz təsərrüfatı, dəm qazı və ondan qorunma yolları haqqında dinləyicilərə məlumat vermişdir. Həmçinin, məruzəçi yanğınsöndürmə vasitələri və onlardan istifadə qaydaları haqqında, kənd yaşayış məntəqələrində baş verən yanğınların səbəbləri haqqında tədbir iştirakçılarına məlumat vermişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

 Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

 

                      

 

662713
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
207
335
2681
16707
662713

Tarix: 29 -03-2024