Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində “Gündəlik həyat fəaliyyətinin təmin edilməsi, yanğınsöndürmə xidmətinin təşkili və aparılması” mövzusunda nümunəvi məşğələ keçirilib.

Məşğələnin əsas məqsədi növbələrin dəyişdirilməsi, növbətçi yanğınsöndürmə xidmətinin aparılması, yanğınsöndürmə texnika və avadanlıqlarına texniki qulluğun göstərilməsi zamanı nizamnamələrin tələblərinə uyğun fəaliyyəti təşkil etmək, şəxsi heyətin peşə hazırlığı səviyyəsini artırmaq məqsədilə yanğın xilasetmə hazırlığı üzrə normativləri yerinə yetirmək bacarıqlarını təkmilləşdirməkdən ibarət olub.
Məşğələnin planına uyğun olaraq ilk növbədə növbətçi yanğınsöndürmə xidmətlərinin yerbəyerinin keçirilməsi qaydası məşq etdirilib, fiziki idman hazırlığı üzrə çalışmalar yerinə yetirilib, şəxsi heyətdən yanğın xilasetmə hazırlığı üzrə normativlərin təlimata uyğun qəbul olunması təmin olunub. Daha sonra növbətçi yanğınsöndürmə xidməti rəisləri tərəfindən xidməti sənədlərin işlənilməsi, radio rabitə vasitələri ilə danışıq qaydaları, radiotelefonçulara aid sənədlərin işlənilməsi şəxsi heyətə çatdırılıb, şəxsi heyətin “Həyəcan” siqnalı ilə qaldırılması əyani şəkildə məşq etdirilib. Təlimdən və yanğından sonra yanğınsöndürmə avtomobillərinə, yanğın-texniki vasitələrinə texniki qulluğun göstərilməsi, yol vərəqlərinin düzgün doldurulması üzrə aidiyyəti vəzifəli şəxslərin vəzifə borclarının yerinə yetirilməsi qaydası şəxsi heyətə öyrədilib. Eyni zamanda şöbədə olan maddi vəsaitlərin uçotunun aprılması, aylıq, rüblük və illik üzləşmələrin aparıması, anbara mədaxil və məxaric olunan əşya-əmlaklarının qeydiyyatının aparılması üzrə anbar rəislərinin nəzəri bilikləri təkmilləşdirilib.
Yekunda döyüş və peşə hazırlığının artırılması istiqamətində tövsiyə və tapşırıqlar Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin şəxsi heyətinə çatdırılıb.

Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

 

023031
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
58
162
342
3480
23031

Tarix: 19 -02-2020