Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

2020-ci ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikası Fövqəlаdə Hаllаr Nаzirliyinin struktur qurumlarında döyüş (peşə) hazırlığı məşğələləri keçirilmiş, bölmələr (şöbələr) müхtəlif vахtlаrdа “Həyəcаn” siqnаlı ilə qаldırılаrаq döyüş tаpşırıqlаrı, qаrşılıqlı əlаqə, idаrəеtmə suаllаrı məşq etdirilmiş, Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsində nümunəvi məşğələ, Kəngərli rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsində isə kompleks yoxlama keçirilmişdir.

Nazirliyin balansında olan xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin payız-qış mövsümi istismarı  şəraitinə  keçirilməsi ilə bağlı zəruri tədbirlər görülmüş, 2 yanğın avtomobili əsaslı şəkildə təmir edilmişdir. Qışa hazırlıqla bağlı Mülki müdafiə alayının sıra meydanına yeni asfalt örtüyü salınmış, əsgər yataqxanası və yeməkxanasında, qərargah binasında və səfərbərlik anbarında yenidənqurma və təmir işləri davam etdirilmişdir. Tikintisi başa çatdırılmış Culfa rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin inzibati binasının, texniki qarajının və yardımçı tikililərinin hazırlığı ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir.

Muxtar respublikanın təhlükə pоtеnsiallı оbyеktlərində qəza və hadisələrin baş vеrməməsi üçün 14 оbyеktdə texniki təhlükəsizliyə əməl olunması yоxlanılmış, 6 müəssisədə aşkar olunmuş nöqsanlar aradan qaldırılmışdır. “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində yeni istismara veriləcək şaxtada aparılan işlərdə texniki təhlükəsizliyin vəziyyəti,  habelə “Sədərək” gömrük keçid məntəqəsində tikilən tuneldə elektrik və şəbəkə kabellərinin çəkilməsi, radiasiya aşkar edən portal monitorların quraşdırılması zamanı texniki və yanğın təhlükəsizliyi tələblərinin həyata keçirilməsi vaxtaşırı yoxlanılmışdır. 7 təhlükə potensiallı obyektdə texniki təhlükəsizlik tələblərinə əməl olunmasına, Naxçıvan şəhəri 49-cu məhəllədə inşa edilən yaşayış binalarında istismar edilən qülləli kranın və 14 ədəd sərnişin liftinin təhlükəsiz istismar edilməsinə nəzarət olunmuşdur. 4 müəssisədə 10 ədəd qurğu sınaqdan keçirilərək texniki təhlükəsizlik sertifikatı verilmiş, 10 texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilərək dövlət nömrə nişanı və texniki pasportla təmin edilmiş, 42 texnoloji nəqliyyat vasitəsi 2020-ci il üçün texniki baxışdan keçirilmişdir. 8 təhlükə potensiallı obyektdə mühafizə işinin təşkili yoxlanılmış, 11 müəssisədə 213 nəfər işçinin iştirakı ilə maarifləndirmə işi aparılmışdır.

Fövqəladə hallarda fəaliyyəti zəruri olan 13 xəstəxanada, 10 rabitə, 26 energetika, 4 qaz təchizatı və 8 sənaye obyektində fövqəladə hallara hazırlığın vəziyyəti təkrar yoxlanılmış, 14 obyektdə aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülmüşdür. 24 ümumtəhsil məktəbində mülki müdafiə üzrə sənədlər toplusunun icra vəziyyəti yoxlanılmış, 13 obyektdə mülki müdafiə sahəsində sənədlərin işlənilməsinə metodiki köməklik göstərilmişdir.  

Muxtar respublikada pandemiyaya qarşı dezinfeksiya tədbirləri davam etdirilərək şəhər və rayonlarda küçələr, prospektlər, döngələr və səkilər daxil olmaqla, ümumilikdə 4 mln. 674 min kvadratmetr sahə, 207 müxtəlif təyinatlı obyektin ərazisi, 92 yaşayış binasının girişi və ətrafı,   30 yaşayış binasının zirzəmisi, uşaq əyləncə yerləri, 2 yeraltı dayanacaq, 2 yerüstü və 1 yeraltı keçid, 4 hərbi hissənin ərazisi, 2 hərbi şəhərcik, 13 mərasim evi, 12 məscid, 15 muzey və dini ziyarət yerləri, istirahət parkları, qəbiristanlıqlar, 16 icra nümayəndəliyinin həyəti, 17 ticarət və xidmət mərkəzinin ətrafı dezinfeksiya olunmuşdur. Dezinfeksiya tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin 11 yanğın avtomobili,  Dövlət Baytarlıq Xidmətinin 7 dezinfeksiya avtomobili və ümumilikdə 85 nəfər şəxsi heyət cəlb olunmuşdur.

Muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə 103 obyektdə diqqətli, 198 obyektdə nəzəri, 6 obyektdə məqsədli yanğın-texniki müayinə aparılmış, 2020-2021-ci illərin pаyız-qış mövsümünə hazırlıqlа bağlı 772 qazanxanada texniki və yanğın təhlükəsizliyi tədbirlərinə əməl olunmasına nəzarət edilmişdir. Naxçıvan Hərbi Qarnizonunun hərbi hissələri və hərbi şəhərciklərində, Penitensiar Xidmətin qarışıq rejimli cəzaçəkmə müəssisəsində qaz təsərrüfatından istifadə zamanı təhlükəsizlik qaydalarına riayət olunması məqsədilə yoxlamalar keçirilmiş və maarifləndirici söhbətlər aparılmışdır.

Kənd yaşayış məntəqələrində təbii qazdan və elektrik enerjisindən istifadə zamanı yanğın təhlükəsinin və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə 3904 yaşayış evinə baxış keçirilmiş, standarta uyğun olmayan 36 elektrik xətti, 133 şlanqla çəkilmiş qaz xətti dəyişdirilmiş, nasaz 6 suqızdırıcının və 119 tez qatlanan tüstü borusunun istismarı dayandırılmış, 9 minə yaxın əhali yanğına qarşı təlimatlandırılmış, 5 dəfə Naxçıvan teleradiosunda çıxışlar edilmiş, yerli qəzеtlərdə 8 məqalə dərc edilmiş, 43 mərkəzi və yerli icra hakimiyyəti orqanında 1412 nəfərin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.

Peşə məktəblərdə 267 nəfərin qazanxana maşinisti peşə ixtisası kurslarına cəlb olunması üçün maarifləndirmə işi aparılmış, bu müdavimlərlə “Siqnalizasiya elektrik avadanlıqları və yanğın təhlükəsizliyinə nəzarət” və “Əməyin mühafizəsi” fənləri üzrə təyin olunmuş dərslərin keçirilməsi təmin edilmişdir.

 Aid dövlət orqanları ilə birlikdə standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının istismarına yol verilməməsi üçün ticarət obyektlərinin sahibkarları ilə görüşlər keçirilmiş və onlara bildirişlər təqdim edilmişdir. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı sahibkarlıq subyektlərində izahat işləri aparılaraq 57 obyektlə icbari sığorta müqaviləsinin bağlanılmasına əməli köməklik göstərilmişdir.

Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən tikintisi başa çatmış 4 obyektin istismara hazırlığı yoxlanılaraq istismara hazırlıq aktı verilmiş, mühəndis-geoloji, beton və sement laboratoriyasında yeni tikilən obyektlərin ərazisindən qrunt nümunələri götürülərək onların fiziki-mexaniki xüsusiyyətləri araşdırılmışdır. Həmçinin inşaat materialları istehsalı müəssisələrindən götürülmüş tikinti materiallarının standartlara uyğunluğu yoxlanılmışdır. 21 tikinti obyektində işlərin tikinti norma və qaydalarına uyğun aparılması yoxlanılmış,  Naxçıvan şəhərində təmir olunan 1 yaşayış binasının 15 mənzilinin tüstü bacası və havaçəkən kanalları təmizlənmişdir. 2 binanın zirzəmisində təmir işlərinin mülki müdafiənin mühəndis-texniki tələblərinə uyğun aparılmasına nəzarət edilmiş, 1 yaşayış binasının zirzəmisində cari təmir işinin aparılması başa çatdırılmış, 37 yaşayış binasının, müəssisə və təşkilatlara məxsus 215 inzibati binanın mülki müdafiə təyinatlı zirzəmisinin vəziyyəti yoxlanılmış, 2 yaşayış binasının zirzəmisinin pasportu hazırlanmışdır. Fövqəladə hallarda əhalinin xəbərdar edilməsi məqsədilə Ordubad rayonunun Əndəmic və Nüs-Nüs kəndlərində yeni tikilən inzibati binaların çardağında “S-40” tipli elektrik sirenlərinin quraşdırılması və sazlığının yoxlanılması təmin edilmişdir.

Nаzirlik sistеmində kаdr islаhаtının aparılması diqqətdə saxlanılaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkil etdiyi imtahanlardan müvəffəqiyyətlə keçmiş 4 nəfər tikinti mütəxəssisi Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində işə qəbul edilmişdir.

Ay ərzində Nazirliyin struktur qurumlarında gündəlik növbətçi qüvvə və vasitələrin fəаliyyəti təşkil edilmiş, “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Uzunoba su anbarında boğulmuş 1 vətəndaşın meyitinin çıxarılması təmin edilmiş, Naxçıvan şəhərində   5 qapı bağlanması hadisəsinə çevik reaksiya verilmişdir.

  

Fövqəladə Hallar Nazirliyinin

mətbuat xidməti

674760
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
178
255
1564
10306
674760

Tarix: 20 -04-2024