Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Aprel ayı ərzində muхtаr rеspublikаdа əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı, yаnğın təhlükəsizliyinin, tikintidə, sənаyеdə və dаğ-mədən işlərində tехniki təhlükəsizliyin təmin оlunmаsı istiqаmətində qаrşıyа qоyulmuş vəzifələr icrа olunmuşdur. Belə ki, 03 oktyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə qoyulmuş tapşırıqların icrasını təmin etmək məqsədilə fövqəladə hallar zamanı fəaliyyəti zəruri olan 54 müəssisə və təşkilatın fövqəladə hallara hazırlığı yoxlanılmış, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üzrə müvafiq tövsiyələr verilmişdir.
Muxtar respublikada virus infeksiyalarına və yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin keçirilməsinə Nazirliyin şəxsi heyəti  cəlb edilərək Naxçıvan şəhəri, rayon və kənd mərkəzləri, habelə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və hərbi şəhərciyi, sərhəd və gömrük keçid məntəqələri, Əlahiddə Ümumqoşun Ordunun hərbi şəhərcikləri və hərbi hissələri, Daxili Qoşunların “Naxçıvan” Əməliyyat Briqadası, hərbi şəhərciyi, Polis məktəbi və Hərbi lisey daxil olmaqla ümumilikdə  780 km və ya 6 mln 480 min m2 sahədə küçələr, yollar və səkilər 20 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobilləri ilə dezinfeksiya olunmuşdur. Bundan əlavə, Nazirliyin struktur qurumlarından təyin olunmuş dezinfeksiya qrupları tərəfindən 174 İnzibati Ərazi Dairəliyi üzrə Nümayəndəlik, 11 xəstəxana,  88 ambulatoriya,  24 yanacaqdoldurma məntəqəsi, 13 ticarət mərkəzi, 2 bazar, 15 şadlıq evi, 3 restoran, 105 ictimai iaşə obyekti, 184 idarə və təşkilat, 93 həyat təminatlı obyekt, 26 xidmət mərkəzi, 82 ümumtəhsil məktəbi, 11 içməli su anbarı, 35 mərasim evi və məscid, 5 avtovağzal kompleksi, 4 dəmiryol stansiyası,  5 istirahət parkı, həmçinin marketlərin, ərzaq mağazalarının, bankların, apteklərin, avtobus dayanacaqlarının və digər ictimai iaşə obyektlərinin ərazisi 2 dəfə dezinfeksiya olunmuşdur. Həmçinin Dövlət Baytarlıq Xidmətinin xüsusi təyinatlı dezinfeksiya avtomobilləri cəlb olunmaqla 426 ictimai yaşayış binasının girişləri və ətrafı, o cümlədən  254 yaşayış binasının zirzəmisi, habelə 91 ikimərtəbəli yaşayış binasının ətrafı və girişləri xüsusi dezinfeksiyaedici məhlullarla dezinfeksiya edilmişdir. Dezinfeksiya işlərinə Nazirliyin strkktur qurumlarından 125 nəfər şəxsi heyət cəlb edilmişdir.
Hesabat dövründə Nazirliyin struktur qurumlarında təlim-tədrisin aparılması, хidməti fəаliyyətinin nəzаrət qаydаsındа yохlаnılmаsı, nizam-intizamın artırılması və şəxsi heyətin sağlamlığının qorunması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Əlahiddə Ümumqoşun Orduda keçirilən toplantılarda nazirliyin müvafiq vəzifəli şəxsləri, çöl-səhra şəraitində keçirilən ixtisas məşğələlərinə pirotexniklər iştirak etmişdir. Həmçinin Ordunun Təlim-Tədris Mərkəzində 6 nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu ixtisasartırma kursunu başa vuraraq müvafiq sertifikatla təmin edilmişdir.
Sənаyеdə və dаğ-mədən sаhələrində tехniki təhlükəsizliyin təmin оlunmаsı məqsədilə 26 təhlükə pоtеnsiаllı оbyеktdə yохlаmа kеçirilmiş, 8 müəssisədə 68 nəfərin iştirakı ilə maarifləndirmə işləri aparılmış, 1 müəssisə dövlət reyestrində qeydiyyata alınmış və 3 texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilmişdir. 18 qurğu texniki təhlükəsizlik sertifikatı ilə təmin edilmiş, 23 texnoloji nəqliyyat vasitəsi texniki baxışdan keçirilmiş, 1 müəssisəyə lisenziya verilmiş, 1 müəssisədə isə əvvəlcədən verilmiş lisenziyanın şərtlərinə əməl olunması yoxlanılmışdır. 10 tibb müəssisəsində radiasiya təhlükəsizliyinin vəziyyəti yoxlanılmış, 2 tibb müəssisəsinə radioloji-gigiyenik pasport verilmişdir.
Mülki müdafiə işinin təşkili ilə bağlı 18 müəssisəyə metodiki köməklik göstərilmiş, şəhər və rayonlarda mülki müdafiə təyinatlı 27 zirzəminin vəziyyəti yoxlanılmış, 2 obyektin fövqəladə hallarda fəaliyyət planının hazırlanması təmin edilmişdir.
Muxtar respublikada yanğın təhlükəsizliyinin təmin olunması diqqətda saxlanılaraq 148 obyektdə diqqətli, 167 obyektdə nəzəri, 16 obyektdə məqsədli yoxlamalar keçirilmiş, 43 müəssisədə yanğın təhlükəsizliyinin vəziyyəti yoxlanılmışdır. Təbii qazdan və elektrik enerjisindən istifadə zamanı məsrəfçiliyin qarşısının alınması və yanğın təhlükəsi yarada biləcək sahələrin ləğv edilməsi məqsədilə yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə 3 min 586 yaşayış evinə baxış keçirilmiş, 51 ədəd elektrik və 114 ədəd şlanqla çəkilmiş qaz xəttinin yeri dəyişdirilmiş, 8 ədəd qazla işləyən nasaz suqızdırıcısının və 151 ədəd tez qatlanan tüstü borusunun istismarı dayandırılmışdır. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı müəssisə və təşkilatlarda izahat işləri aparılaraq 29 obyektdə icbari sığorta müqaviləsinin bağlanılması təmin edilmişdir.
Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən 48 tikinti obyektində işlərin tikinti norma və qaydalara uyğun aparılmasına nəzarət olunmuş, yeni tikilən 38 obyektin layihə-smeta sənədləri ekspertizadan keçirilmiş, istismara verilmiş 4 obyektin “İstismara hazırlıq aktı” tərtib olunmuşdur. Şərur şəhərində Bayraq Meydanının tikintisi ilə bağlı müəyyən olunmuş sahədən götürülmüş qrunt nümunələrinin fiziki-mexaniki xüsusiyyətləri laboratoriyada araşdırılmış və müvafiq mühəndis-geoloji hesabat hazırlanmışdır. İdarənin mühəndis-geoloji, sement və beton laboratoriyasında 14 sayda qum və  qırmadaşı, 2 sayda sement, 19 sayda qarışıq beton,  5 sayda döşəmə daşı, 2 sayda səki daşı və 2 sayda tuğla nümunələri sınaqdan keçirilmiş, müvafiq protokollar hazırlanmışdır.

           Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

675669
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
111
309
420
11215
675669

Tarix: 23 -04-2024