Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin embleminin


TƏSVİRİ 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin embleminin təsviri Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 591 nömrəli Fərmanı ilə təsdiq edilmişdir Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin emblemi 4 uzun və 4 qısa bucaqlı səkkizguşəli, qeyri-bərabər ulduzdan ibarətdir. Ulduzun 4 uzun bucağı dəfnə yarpaqlarının çələngi ilə haşiyələnmiş dairənin xarici qabaritinə birləşir. Çələng sağ və sol tərəfdən dairə üzrə simmetrik yerləşən 24 ədəd dəfnə yarpağından ibarətdir. Yarpaqların sayı sutkanın 24 saatını təcəssüm etdirməklə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasetmə işlərinə daim hazır olduğunu əks etdirir. Yarpaqlar sarı rəngdə olmaqla, onun elementləri emblemin bütün perimetri boyunca qabartma üsulu ilə həkk olunmuşdur. Ulduzun 4 uzun küncü dairənin 4 bərabər seqmenti üzərində yerləşir və dünyanın 4 əsas istiqamətini (qütbünü): ulduzun yuxarı küncü - şimal, aşağı küncü - cənub, sol küncü - qərb, sağ küncü isə - şərq istiqamətini göstərir. Səkkizguşəli ulduz bir tərəfdən sarı, əks tərəfdən narıncı rənglə işıqlandırılmışdır. Səkkizguşəli ulduzun üzərində fövqəladə hallar üzrə beynəlxalq təşkilatların emblemini əks etdirən narıncı fonda mavi üçbucağın küncləri ilə narıncı dairənin daxili tərəflərinə birləşir. Narıncı dairənin, səkkizguşəli ulduzun daxili künclərinə birləşən sarı rəngdə nazik çərçivəsi vardır. Səkkizguşəli qeyri-bərabər ulduz dəfnə yarpaqları ilə haşiyələnmiş dairənin daxilində günəşin 50 sarı rəngli şəfəqi fonunda yerləşir və bu şəfəqlər ulduzun mərkəzindən simmetrik olaraq dəfnə yarpaqlarının daxili sərhədlərinə qədər yayılır. Emblemin uzunluğu eninə bərabərdir. Böyük ulduzun kiçik uclarının ölçüsü böyük uclara 3/5-ə nisbətindədir. Kiçik ulduzun ölçüsü böyük ulduza 1/4-ə nisbətindədir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin emblemi həmçinin ağ-qara təsvirdə hazırlana bilər.

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bayrağının


TƏSVİRİ

023029
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
56
162
340
3478
23029

Tarix: 19 -02-2020